
IELTS imtahanına hazırlaşarkən nələrə diqqət edək?
İngilis dili biliklərimizi ölçən və dünya miqyasında geniş qəbul edilən IELTS (International English Language Testing System) imtahanı, həm akademik, həm də ümumi məqsədlər üçün müxtəlif sahələrdə qəbul olunur. İmtahanın 4 əsas bölməsi – Listening (Dinləmə), Reading (Oxuma), Writing (Yazı) və Speaking (Danışıq) – ingilis dilini hərtərəfli ölçmək üçün hazırlanıb. IELTS imtahanına hazırlaşarkən, bu 4 sahənin hər birinə diqqət yetirilməlidir. Əgər IELTS imtahanına hazırlaşırsınızsa, aşağıdakı məsləhətləri izləmək imtahanda uğur qazanmağınıza kömək edəcək.
1. Dinləmə (Listening)
Dinləmə bölməsi, 4 hissədən ibarət olub, ümumilikdə 40 suala cavab verməniz tələb olunur. Bu bölmədə, fərqli səviyyələrdə olan danışıq nümunələri təqdim edilir, buna görə də yaxşı hazırlaşmaq üçün:
- İngilis dilində müxtəlif aksentləri eşitməyi məşq edin: IELTS imtahanında britaniya, amerika, avstralya aksentləri kimi müxtəlif aksentlərdən istifadə edilir. Bu səbəbdən, müxtəlif aksentlərlə danışan insanları dinləmək çox vacibdir.
- Praktik dinləmə testləri edin: IELTS dinləmə testlərini mütəmadi olaraq həll etmək, imtahanın formatına alışmanıza və vaxtı idarə etməyi öyrənməyinizə kömək edəcək.
- Dinləmə zamanında əsas məlumatları qeyd edin: İmtahan zamanı dinlədiyiniz mətndən əsas faktlar və rəqəmlər kimi vacib məlumatları qeyd etməlisiniz. Bu, suala düzgün cavab vermənizə kömək edəcək.
- İngilis dilindəki xəbərləri, podkastları və video məzmunları izləyin: Hər gün ən azı 15-20 dəqiqə dinləmə fəaliyyətinə vaxt ayırın.